Cümə axşamı , İyun 25 2026
azfa

Regionun qeyri-sabitlik mənbəyi olan Rusiyanın Xəzər hərbi donanması “antiterror” təlimlər keçirib

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti “antiterror” təlimlər keçirib. Təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.

Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.

Qeyd edək ki, Rusiya regionda sabitliyi pozan və münaqişələr yaradan əsas ölkə kimi Xəzər dənizini də belə təlimlərlə hərbi zonaya çevirmək niyyətindədir.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

Bir cavab yazın