Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi ana dilinin tədrisində də türklərlə kürdlər arasında ayrı-seçkilik edir

GADTB-nin Mətbuat Mərkəzinin “Yolpres” saytına istinadən yaydığı məlumata görə, İran adlanan ölkədə kürdlər öz yaşadığı bölgələrdə fars dili ilə yanaşı 5 ildir kürcə də təhsil alırlart. Yəni Kürdüstanda ən azından konstitusiyanın 15-ci maddəsi icra edilmişdir. Ancaq Azərbaycan türklərinə bu hüquq verliməyib və bu haqqın Azərbaycanın türk əhalisi üçün verilməsi gərəklidir. Bu sahədə kardr çatışmazlığı vardır.

Bu sözləri Urmiya Universitetinin “Türk dili və ədəbiyyatı” müəllimi İsmayil Mədəi Ülkər deyib. O bildirib ki, 2 vahid könüllü Azərbaycan türkcəsi fənni əzəmətli Azərbaycan türkcəsi üçün heç bir anlam daşımır. Ümid edirəm bu dərsin ön lisans, bakalavr, magistratura və dokorluq mərhələsi tədris edilsin.

O Azərbaycan türkcəsi fənninin Təbriz də bakalavr səviyyəsində tədris edildiyini xatırladıb.

Qeyd edək ki, İran rejimi Azərbaycanda əhalinin haqlı istəyinə baxmayaraq məktəblərdə ana dilinin tədrisinə icazə vermir. Yalnız bir neçə məhdud universitetdə 1-2 könüllü dərs vahidinin tədrisinə icazə verilib. Bu da yalnız əhalini aldatmaq xarakteri daşıyır.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın