Bazar ertəsi , Noyabr 16 2026
azfa

İsrail İran adlanan ölkənin bazalarına hücum etdi

suriya

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İsrail hərbçiləri bu gecə Suriyadakı İran adlanan ölkənin silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endiriblər.

Təl-Əviv bu zərbənin Qolan təpələrinə Suriyadan endirilən raket hücumuna cavab olduğunu bildirib. Hücum zamanı həmçinin İranın “Qüds” briqadasının hərbi obyektlərinin, İran kəşfiyyat mərkəzi və İran təlim düşərgəsinin hədəf alındığı vurğulanıb:

“İsrail ərazisinə dünən atəş açmaqla İran özünün Suriyadakı hərbi mövcudluğunun əsl hədəfini yenidən nümayiş etdirdi. İran İsrail dövləti və regional stabillik üçün təhdiddir”.

İsrail ordusu bundan sonra İran qoşunlarının İsrailin şimal sərhədlərində mövcudluğuna qarşı qətiyyətlə müqavimət göstərməyə davam edəcəyini bildirib. Rəsmi Təl-Əviv həmçinin Əsəd rejiminin ölkə ərazisində baş verən hər şeyə görə məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, sonuncu dəfə İsrail Suriyadakı İran qüvvələrinə belə genişmiqyaslı hücumu keçən ilin mayında həyata keçirmişdi.

Ötən gün isə İsrail ordusunun Dəməşqin cənub-şərqində yerləşən Duvali hava limanı istiqamətində hücumunun qarşısının alındığı və 7 raketin zərərsizləşdirildiyi barədə Rusiya MN məlumat yaymışdı.

 

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın