Cümə axşamı , May 2 2024
azfa

Pompeo İran adlanan ölkə ilə qarşıdurma anonsunu verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo İran adlanan ölkə ilə qarşıdurma anonsunu verib. O Yaxın Şərqdə sülh və stabillik İranla qarşıdurma olmadan mümkün olmadığını deyib.

Varşavada jurnalistlərə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo bu barədə açıqlama verib.

“Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”, – deyə o bildirib.

Netanyahu isə Varşavada baş tutan Yaxın Şərq konfransını tarixi dönüş anı adlandırıb. O, Pompeoya bu konfransı təşkil etdiyinə görə təşəkkür edib.

 

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …

Bir cavab yazın