ABŞ PKK terrorçuların çoxsaylı silah-sursat göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İraqdan Suriyaya – PKK/YPG terror təşkilatının nəzarətindəki bölgələrə 100-dən çox nəhəng yük maşını ilə hərbi sursat göndərib.

Yük maşınlarında qapalı qutular, “Hummer” markalı 4 motorlu avtomobillər və tankerlər olub.

Qutuların içində silah və sursat olduğu ehtimal edilir.

Qeyd edək ki, ABŞ bu ilin fevral ayından etibarən 2 dəfə, təxminən, 300 yük maşını ilə İraq sərhədindən PKK-nın işğalında olan bölgəyə silah tədarük edib.

ABŞ-ın 2020-ci il üçün ayırdığı hərbi büdcəsində İŞİD terror təşkilatının varlığına son qoyulmasına rəğmən, PKK/YPG-yə bomba istehsalında istifadə olunacaq çox sayda sursat üçün maliyyə ayırması diqqət çəkmişdi. ABŞ-ın təşkilata verəcəyi C4 partlayıcısı və buna bənzər silahların PKK-nın türk ordusunun həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı ilə terrordan təmizlənən bölgəni yenidən geri qaytarmaq üçün istifadə edəcəyi təhlükəsi gözlənilirdi.

2015-ci ildən bəri İŞİD-lə mübarizəni bəhanə gətirərək YPG/PKK-ya hərbi dəstək verən ABŞ-ın Suriyada hələ də 18 bazası və 2 min şəxsi heyəti var.

 

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın