Çərşənbə , Sentyabr 30 2026
azfa

Rejimin məmurları Mehdi Kuxianı işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Mehdi Kuxianı işgəncə edir. Aprel ayının 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı fəal əvvəlcə ETTELAAT-ın təcridxanasına, sonra isə rejimin Marağada yerləşən zindanına köçürülmüşdür.

Azəbaycanlı fəalın hazırda yenidən həbsxanadan ETTELAAT-ın təcridxanasına köçürüldüyü və orada yalan etiraf almaq məqsədilə işgəncə edildiyi qeyd edilir.

Qeyd edık ki, “Şəhre Xəbəre Məlikan” telegram kanalının müdiri olan azərbaycanlı fəal Mehdi Kuxian deputat Səlman Xudadadinin sifarişi ilə yaxalanıb. O həmin deputatın Zəhra Nəvidpura təcavüzü və qətli barədə məlumat yaydığı üçün rejimin qəzəbinə tuş gəlib.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın