Türkiyə ordusu regionda çox sayda PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Pəncə” əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb.

Həmçinin Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı Türkiyədə də əməliyyatları davam etdirir.

Şırnağın İdil rayonu Cəhənnəm dərəsi bölgəsində həyata keçirilən əməliyyatda 3 terrorçu zərəsizləşdirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Şırnağın İdil rayonunun Cəhənnəm dərəsi bölgəsində həyata keçirlib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Bir cavab yazın