Suriyada Yenisey yazıları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2014-cü ildə İŞİD-çilər Suriyada Əl-Həmmam şəhəri ərazisində antik dövr Sura şəhər qalıqlarında talançı qazıntılar apardılar. Yerli sakinlər İŞİD-çilər tərəfindən dəyərsiz hesab edilib kənara atılmış tapıntıların fotolarını çəkir, maddi mədəniyyəti könüllü beynəlxalq müdafiə qurumunun fəalı, suriyalı jurnalist Əli Mahmud Osmana (Ali Mahmoud Othman) yollayırdılar. Əli Osman da bu şəkilləri avropalı alimlərə ünvanlayırdı.

Eramızın I – VIII əsr arasında mövcud olmuş saray sütunlarının birinin oturacağı üzərində yazı aşkar olundu. İtaliyalı paleoqrafist Maria Gorea yazını tədqiq etdi. Tanınmış paleoqrafistlər Markus Egetmeyer, Claude Brixhe və Denis Feissel tədqiqata qoşuldular. Nəhayət, runoloq Robert Nedoma yazının runik tipli olması, amma vikinq runlarından (futark) fərqli olduğunu bildirdi.

Nəhayət, M.Gorea belə bir fikirə gəldi ki, runik yazılar içində Sura yazısı daha çox Cənubi Yenisey run yazılarına yaxındır. Rus türkoloqu Dmitri Ruxlyadyev bu kəşflə rusiyalı xakas arxeoloqu prof. İqor Kızlasovu tanış edir. Kızlasov yazır ki, Suriyada aşkar edilmiş sütun üzərində yazı oxunmayıb. Mərkəzi Asiyada türk əhalisi vaxtilə Mani dinini qəbil etmişdi. Çox güman ki, maniçiliyi qəbul etmiş zəvvarlar Maninin yaşadığı uzaq Suriyanı, haradasa 9-10-cu əsrlərdə ziyarət etmişlər. Çünki Yenisey run yazıları tipi 9-cu əsrdən qədimə getmir. Maraqlı məlumatdır. Çünki türk respublikaları içində nə güclü dilçilik, nə də güclü paleoqrafiya mərkəzləri və mütəxəssisləri var. Əcnəbilər nə deyirlərsə, onu da qəbul etmək məcburiyyətindəyik.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın