İrqçi fars rejim nüvə sazişindən çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Avropa ölkələri ilə imzaladığı nüvə sazişində öhdəliklərini azaltmasının ikinci mərhələsi 7 iyulda başlayacaq.

Bunu rejimin Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi 17 iyunda 10 gün sonra ölkəsindəki zənginləşdirilmiş uranın həcminin 300 kiloqramı keçəcəyini bildirmiş və nüvə sazişindəki limitin aşılacağını demişdi.

“Uran istehsalı 4 qat artıb. 300 kq zənginləşdirilmiş uran üçün günlər sayılır”, – Kamalvəndi demişdi.

Mətbuat katibi həmçinin, vurğulamışdı ki, razılşmanın 26 və 36-cı bəndləri İranın haqlarını qoruyur: “36-cı maddəyə görə, sanksiyaların qaldırılmaması təqdirində İran razılaşmanı tamamilə və ya qismən ləğv edə bilmək haqqına sahibdir”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …

Bir cavab yazın