Cümə , Sentyabr 18 2026
azfa

Türk ordusu Suriyada terrorçulara hücuma başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rəsmi Ankaranın aylardır, hətta illərdir Münbiç və Fəratın şərqində anonsunu verdiyi əməliyyata başladı.

Bölgədən gələn son məlumatlara görə, türk hərbi birlikləri Cerablusdan çıxaraq Münbiçə doğru irəliləyir.

Ötən gün isə Türkiyə Hava Qüvvələri Suriyanın Hasake əyalətində YPG terrorçularının başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bazalarına aviazərbələr endirib.

Münbiç Fərat çayının qərbində yerləşən strateji şəhər sayılır. PKK/YPG terror təşkilatı buranı tərk edəcəyi barədə dəfələrlə vəd verməsinə baxmayaraq, ABŞ vədləri yerinə yetirməyib.

Bundan başqa, Türkiyənin müxtəlif şəhərlərindəki hərbi hissələrdən daha əvvəl Hataya göndərilən komando birlikləri və şəxsi heyət daşıyan zirehli texnikadan ibarət kolon təhlükəsizlik tədbirləri altında Kilis şəhərin mərkəzindən keçərək sərhəd xəttinə doğru irəliləyib.

Türkiyə Hava Qüvvələri İraq-Suriya sərhədində kəşfiyyat və patrul uçuşlarını artırıb.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …

Bir cavab yazın