Urmuiya gölünün bərpası ilə bağlı iki layihə dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı ayrıseçkilik siyasəti nəticəsində Urmiya gölünün bərpası ilə bağlı iki layihənin icrası dayandırılıb. Buna əsas səbəb rejimin ayrıseçkilik siyasəti nəticəsində həmin layihələrə vəsaitin ayrılmamasıdır.

Urmiya Gölünü Bərpası Mərkəzinin Planlaşdırma bölməsi rəsmisi Əli Hacı Muradı bu barədə yazıb ki, Təbriz və Urmiyada Urmiya gölünə axıdılan kanalizasıya sularını təmizləmək məqsədi ilə saflaşdırma qurğularının quraşdırılması layihələri icra edilməkdə idi. Həmin layihələr Təbrizdən Urmiya gölünə axıdılan 125 milyon kubmetr və Urmiyadan 53 milyon kubmetr kanalizasiya suyunun təmizlənməsi üçün nəzərdə tutulub. Layihələrdən biri payızın son ayı, digəri isə gələn il yazın ortalarında istifadəyə veriləcək.”

Əli Hacı Muradi bildirib ki, işə başlanandan 3 ay keçdikdən sonra layihələrin büdcə vəsaiti çatışmazlığından dayandırılıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın