Bazar ertəsi , Sentyabr 28 2026
azfa

“Apardı sellər Saranı” Təbrizdə səhnələşdirildi

GADTB-nin Mətbuat Mərkəzinin aznews saytına istinadən yaydığı məlumata görə, “Apardı sellər Saranı” əsəri İbrahim Abbasəlizadənin rejissorluğu ilə Təbrizin Mədəniyyət Evinin “Şəms” salonunda səhnələşdirilib.

Məlumata görə, əsər Təbriz, Tehran, Naxçıvan və Türkiyədə uğurlu çıxışlardan sonra, fevralın 3-ü yenidən səhnəyə qoyulub.

Seyid Murtəza Haşimpurun əsəri əsasında səhnələşdirilən tamaşada Sevda Rzayi, Behnam Pənahi, İbrahim Abbasəlizadə, Mehdi Qənili, İrəc Uca Yari, Nəsibə Seyidi, Fərzad Səqqa, Əli Süleymani rol alıblar. Əsərdə düşmənin Muğan bölgəsini işğal etməsindən bəhs edilir. Düşmən əsgərləri evləri yandırır, xanımları əsir götürür, Sevgilisi Xan Çoban orada olmayan Sara atası ilə sağollaşdıqdan sonra əsgərlərin düşərgəsindən qaçaraq özünü Arpaçaya atır.

Qeyd edək ki, tamaşa fevralın 3-dən etibarən hər axşam saat 18:30-da “Şəms Təbrizi” (Fəcr bağı) Mədəniyyət evində səhnəyə qoyulacaq.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın