Cümə , Sentyabr 25 2026
azfa

Türk dilində çəkilmiş “Dəri” filmi Büllur Simurq mükafatını qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissorlar Bəhram və Bəhmən Ərk qardaşlarının çəkdiyi “Dəri” filmi 38-ci Fəcr Beynəlxlaq Film Festivalında Büllur Simurq mükafatını qazanıb.

Ən yaxşı təcrübə və incəsənət əsərlərinə nəzərdə tutulan Büllur Simurq mükafatı türk dilində olan “Dəri” filminə təqdim olunub.

Qeyd edək ki, Təbrizdə çəkilən “Dəri” filmində qeyri-adi və qorxulu səhnələr mövcuddur. Bu film xurafat və sehr-cadu elementlərinin göründüyü sevgi dastanını əks etdirir. Filmdə bu günədək ənənəvi olaraq toxunulmayan mövzular yer alıb.

Film Ərk qardaşlarının ilk uzunmetrajlı filmidir. 2017-i ildə də Ərk qardaşları tərəfindən “Heyvan” adlı film çəkilib ki, bir çox beynəlxalq və İran mükafatlarının qalibi olub. “Heyvan” filmi Kan festivalının və Fəcr festivalının “Büllur Simurq”unu da qazanıb.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın