Türk ordusunun əməliyyatlarının yeni nəticələri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Bəşər Əsədə verdiyi vaxt bitdikdən sonra başladılan “Bahar qalxanı” əməliyyatı çərçivəsində çox sayda rejim hədəfi atəş altına alınıb. Türkiyə hərəkatın adını ilk dəfə açıqlayıb.

Gecə 00.00-dan etibarən bölgədə vəziyyət gərginləşib. Türkiyə Silahlı Qüvvələri Suriyanın istinadgahı hesab olunan Lazkiyə başda olmaqla Minnaq və Neyrab hava bazalarını atəş altında saxlayır.

Suriya rejimi, Rusiya hərbi polisi və YPG-nin birlikdə hərəkət etdiyi Tel-Rıfat da hədəflər sırasındadır. Çox sayda hava nəqliyyatı və tank yararsız hala salınıb. İndiyə kimi 1 PUA, 8 helikopter, 103 tank, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim əsgəri məhv edilib.

Qeyd edək ki, Rusiya və İran dəstəkli Əsəd rejiminin havadan və qurudan hücumu nəticəsində 34 türk əsgəri şəhid olub, 34-ü yaralanıb.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın