Cümə , Sentyabr 25 2026
azfa

Türkiyənin möhtəşəm qazma gəmisini işə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Qanuni adlandırdığı qazma gəmisini işə saldı.  

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz “Qanuni” adını verdikləri üçüncü qazma gəmisinin 15 martın səhəri Taşucu Mersin sahillərindəki limana çatdığını bildirdi.

“Twitter” hesabından verdiyi məlumatda F.Dönmez sözügedən mövzu ilə bağlı deyib:

 “Şərqi Aralıq dənizində hidrokarbon axtarış-arama və qazma fəaliyyətlərinin daha güclü şəkildə davam etməsi üçün üçüncü qazma gəmimizi 31 yanvarda təhvil alaraq Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) invertarına daxil etdik.

Baxım, tədarük və test əməliyyatlarının Birləşmiş Krallıq tərəfindən tamamlanmasından sonra Türkiyəyə doğru yola düşən “Qanuni” gəmisi 13 martda Şərqi Aralıq dənizindəki limana yön aldı, ayın 15-də Taşucu Mersin sahillərində lövbərini atdı.

35 personalıyla Türkiyəyə daxil olan “Qanuni” gəmisinə korona virusu tədbirlərilə bağlı giriş və çıxışlar qadağandır. “Covid-19” tədbirləriylə əlaqədar müddət tamamlandıqdan sonra gəmimizdə təkrar baxım işləri olacaq.

“Qanuni” gəmisi yeni ultra dərin dəniz qazmalarına ən qısa zamanda başlayacaq.”

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın