Bazar ertəsi , May 6 2024
azfa

Türk ordusu terrorçu PKK-nın bir komandan və 4 daha terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının birgə əməliyyatı çərçivəsində PKK terror təşkilatının qadın quruluşunun liderlərindən biri olan Xalidə Tarı məhv edilib.

“Aytən Amed” ləqəbli Xalidə Tarı 1990-cı illərdə PKK-ya qoşulub. 2016-cı ildə Qəndil şəhərində terror təşkilatının üzvlərinin keçirdiyi təlimə başçılıq edib. 2017-ci ildə isə Kürdüstan Qadınlar Birliyinin İcra Şurasına üzv seçilib. Eyni zamanda, bölgədə yaşayan mülki əhalinin terror təşkilatına qoşulmasını təşkil edib”, – məlumatda bildirilib.

Həmçinin Türkiyə ordusu PKK/YPG terror təşkilatının daha 4 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri “Sülh çeşməsi” əməliyyatı bölgəsinə müdaxilə edən PKK/YPG terror təşkilatının daha 4 üzvünü zərərsizləşdirib”, – nazirliyin məlumatında bildirilib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın