Cümə , Sentyabr 25 2026
azfa

Koronavirusu inkar edən daha bir neçə molla və sepah terrorçusu virusdan öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çindən koronavirusu Quma gətirib, oradan isə bütün regiona bulaşdıran, eləcə də həmin virusu inkar edərək Qum və Məşhəddə hərəmi ziyarət etməyin korona xəstəsini müalicə etdiyini deyən daha bir neçə molla və sepah terrorçusu koronavirusdan öldü.

Bu prosesin davamında Xomeyninin şagirdi və onun Qum və Nəcəfdə ofisinin üzvü, eləcə də Xamneinin yaxınlarından olan Əhməd Müntəziri Qumi koronavirusa yoluxaraq ölüb.

Eyni zamanda molla yetişdirən Elmiyyə Hövzəsinin qadınlar üzrə İdarəsinin rəis müavini Fəridə Davudi da koronavirusa yoluxaraq ölüb.

Rejimin məclisinin keçmiş millət vəkili Həmin Kəhram da koronavirusdan ölüb.

Bundan əlavə Əli Xamneyinin ali təhsil ocaqlarındakı nümayəndəsinin siyasi-mədəni işlər üzrə müavini axund Məhəmməd Mehdi Salehinin koronavirusdan öldüyü bildirilir. Lakin rejim onun avtobobil qəzası nəticəsində öldüyünü iddia edib.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın