Cümə axşamı , May 2 2024
azfa

Terrorçu sepahın koronavirus tapmaa fırıldağı ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin terrorçu sepahı fırıldaqçıların dünyanın müxtəlif yerlərində bomba tapan və s. adlarla pul qazanmaq məqsədilə təqdim etdikləri aparatı koronavirus aparatı adı altında yeni ixtira kimi təqdim etməsi rusvayçılığıa səbəb olub.

Artıq həm ölkə daxilində həm də xaricdə sepahın bu fırıldağı gülünc obyektinə çevirib.

Artıq bu rusvayçılığı görən İranın bir sıra elmi müəssisələri də məsələyə reaksiya veriblər. Tehranda yerləşən ölkənin ən önəmli elmi mərkəzlərindən olan İranın Fizika dərnəyi bildirib: “İran İnqilabı Keşikçiləri Korpusunun təqdim etdiyi koronavirusa dair aparatın tiblə heç bir əlaqəsi yoxdur”.

Bildirilib ki, cihaz iddia edildiyi kimi nanometr ölçüsündəki hissəcikləri müəyyən etmək iqtidarında deyil.

Qeyd edək ki, İran terrorçu İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyin Salami “Müstean” adlı cihazın koronavirusu 100 metr məsafədən insandan qan nümunələri götürmədən müəyyən etdiyini irəli sürmüşdü. İddialara görə, cihazın koronavirusu müəyyən etməsi üçün 5 saniyə vaxt lazımdır.

Aparatın fırıldağ olduğunu görən və sepah rəsmilərinin üzərinə tutanda anteni virus əlaməti olaraq hərəkət etdiyi görən ABŞ rəsmilərindən biri isə həmin aparatın cintapan aparat olduğunu və sepah rəsmilərinin yerini göstərdiyini yazmışdı.

Sepah müsean fırıldağı ifşa oldu

Publicerat av Ali Huseyn Fredag 17 april 2020

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Bir cavab yazın