Cümə axşamı , Sentyabr 24 2026
azfa

Son onilliklərdə 2 milyon kürd İraqdan Azərbaycana məskunlaşdırılıb –Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2 milyon mühacir kürd son onilliklərdə dünya ictimaiyyətinin gözü qarşısında İraqdan İrana sığınaraq fars-molla rejimi tərəfindən qanunsuz şəkildə Güney Azərbaycanın müxtəlif bölgələrinə məskunlaşdırılıb.

İraqdan İrana sığınan kürdlər rejim tərəfindən qəsdən Azərbaycanın tarixi ərazilərində, o cümlədən Qərbi Azərbaycan, Kürdüstan və Kermanşaha ilhaq edilmiş Azərbaycan ərazilərində, eləcə də Tehran, Kərəc, Qəzvin və digər tarixi Azərbaycan ərazilərinə məskunlaşdırılıb.

Hazırda qanunsuz şəkildə son onilliklərdə Azərbaycan ərazilərinə məskunlaşan kürdlər Azərbaycanın tarixini təhrif edərək, bu Azərbaycan ərazilərində özlərinə bir neçə minillik tarix uydurur və Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər.

Aşağıdakı sənədli filmdə də kürdlərin İraqdan İrana sığınması və Azərbaycana məskunlaşdırıldığından bəhs edir:

Təxminən 2 milyon kürdün İraqdan Güney Azərbaycana sığınması haqqında sənədlər

Publicerat av Ali Huseyn Måndag 20 april 2020

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın