Bazar , Sentyabr 27 2026
azfa

Sepah terrorçularının oyunbazlığından sonra Tramp atəş əmri verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gün öncə sepah terrorçularının ABŞ-ın möhtəşəm hərbi gəmiləri yaxınlığında qayıqlarla meymun ədası çıxarmalarından sonra Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinə sepah qayıqlarına atəş açmaq göstərişi verdi.

Donald Trapm “Twitter” hesabında bu barədə yazdığı statusda qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə dənizdə Amerika gəmilərinə qarşı təxribat törədən İran qayıqlarına atəş açaraq onları məhv etmək icazəsi verib.

Qeyd edək ki, keçən həftə Sepah terrorçuları qayıqları ilə körfəzdə ABŞ-ın möhtəşəm hərbi gəmilərinin ətrafında meymun ədası çıxarıb, onların xəbərdarlıq etməsinə səbəb olmuşdular.

ABŞ ordusu Sepah terrorçularının bu oyununu provakativ adlandırmış, ABŞ Dövlət Departamenti isə rəsmi Vaşinqtonun bu addıma qarşı verə biləcəyi mümkün cavabları araşdırdığını bəyan etmişdi.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Bir cavab yazın