İran adlanan ölkə Heyran gədiyinin Gilana verilməsinə zəmin yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşməni olan fars rejimi tarixi Azərbaycan ərazisini müxtəlif vilayətlərə paylayanda, Azərbaycan şəhərləri Astara, Həşpər və Ənzəlini də Gilan vilayətinə birləşdirib. İndi isə Ərdəbil vilayətinin ərazisində olan tarixi və əzəli Azərbaycan ərazisi olan Heyran gədiyini Gilan vilayətinə birləşdirməyə cəhd edirlər.

Məlumata görə, bir neçə ay öncədən Heyran gədiyinin Gilan vilayətinə verilməsi məsələsi gündəmə gətiriləndən sonra, İran adlanan ölkənin rəsmi xəbər agentliyi olan İRNA Heyran gədiyinin hava durumunu açıqlayarkən, saxta “Astara Heyranı” terminindən istifadə edib. Bu isə irqçi fars rejiminin Azərbaycana qarşı bu ərazidə növbəti düşmənçilik planının başlandığını göstərir.

Üstəlik İRNA-nın müxbiri saxta “Astara Heyranı” terminini işlətməkdən əlavə Ərdəbilin Heyran gədiyinin hava durumunu Astaranın Metereologiya İdarəsinin rəisindən soruşur.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın