Çərşənbə , Oktyabr 14 2026
azfa

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə olunması region ölkələri tərəfindən müsbət qarşılanıb. Azərbaycan da atəşkəsi alqışlayaraq bunun bölgədə davamlı sülhə yol aça biləcəyinə ümid ifadə edib.

Amma gözləntilərin əksinə olaraq, İranda bəzi dairələrin bu durumdan istifadə edərək müharibə dövründə zəiflədilmiş anti-Azərbaycan təbliğatını yenidən canlandırmağa çalışdığı bildirilir.

Bu kontekstdə SEPAH-a bağlı rusdilli Teleqram kanalında birində İranın şimal-qərbində guya mümkün quru əməliyyatına hazırlıq görüldüyü barədə məlumat yayılıb.

Paylaşımda müharibə zamanı İranın şimal bölgəsində yerləşən Ənzəli limanı, Parsabad və Təbrizdəki hərbi infrastruktura Azərbaycan ərazisindən istifadə edilməklə zərbələr endirildiyinə eyham vurulub.

Eyni zamanda iddia olunub ki, Azərbaycanın cənub bölgəsində müəyyən hərbi qüvvələr cəmləşdirilir./Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …