Əli bəy Hüseynzadənin qızı İstanbulda dəfn edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan 101 yaşında dünyasını dəyişib.

Mərhumun vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dördgünlük karantin səbəbindən dəfn mərasimi keçirilməyib.

Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev iştirak edib.

Qeyd edək ki, Feyzavər Alpsar 31 dekabr 1919-cü ildə anadan olub.

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən il isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Komitə sədri Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı Feyzavər Alpsara təqdim etmişdi.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın