Molla rejiminin əlaltıları Təbrizdə qədim hamamı dağıtdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin əlaltıları Güney Azərbaycanda tarixi abidələrini dağıtmaqdad davam edirlər. Son olaraq Güney Azərbaycanın baş kəndi Təbrizdə tarixi Ağa Naği hamamı dağıdıldı.

Tarixi hamam Təbrizin Abbası bölgəsinin Tağyanı məhəlləsində tarixi Rəbi-Rəşidi abidəsinin yaxınlığında yerləşirdi.

Tarixi hamamın İlxanilər zamanı və Rəbi-Rəşidi abidəsi ilə eyni vaxtda tikildiyi bildirilir. Bəzi məlumatlara görə isə həmin hamamın ən azı 150 il öncə tikildiyi söylənilir.

Qeyd edək ki, irqçi fars rejimin Azərbaycanın tarixi abidələrini dağıtmaqdan məqsədi bu şəhərlərdən Azərbaycan türk millətinin izini silmək və turizm üçün potensialı məhv etməkdən ibarət olduğu bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın