Cümə , Oktyabr 9 2026
azfa

Rejim azərbaycanlı müğənninin “Vətən bizimdir” mahnısına icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Teleradiosunun Şeir və Musiqiyə Nəzarət və Lisenziya Şurası azərbaycanlı müğənni Mehrdad Kəsaninin “Vətən bizimdir” mahnısına icazə verməyib.

Azərbaycanlı pop müğənnisi öz İnstagram səhifəsində bu barədə məlumat paylaşıb.

Müğəninin yazdığına görə, İran Teleradio Şirkətinin “Azəri  Şeir və Musiqisinə Nəzarət və Lisenziya Şurası” musiqinin “yerli (iranlı) olmaması” və “mahnının sözlərinin vətən mövzusu ilə əlaqəsinin olmaması”, eləcə də ifanın türkcə olmasını əsas gətirərək mahnıya icazə verməyib.

Rejim beləliklə Güney Azərbaycanda Azərbaycan türkcəsi, Azərbaycan musiqisi və mədəniyyətinin əməli şəkildə inkişafının qarşısını alır.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …

Bir cavab yazın