Türkiyə İraq ordusu və PKK iclasını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə PUA-ları İraqın şimalında Bağdad hökuməti qüvvələrinin 2 yüksək rütbəli zabitinin olduğu avtomobili vurub.

Bu barədə İraq hökuməti məlumat yayıb. Məlumata görə, avtomobildə zabitlərdən başqa sürücü də olub.

Ərbil vilayətinə bağlı Sidekan rayonunun bələdiyyə sədri İhsan Çələbi komandirlərin terrorçu PKK üzvləri ilə görüşü zamanı vurulduğunu deyib:

“Türk PUA-ları Bağdad hökumət qüvvələri ilə PKK üzvlərinin sərhədə yaxın ərazidə iclas keçirdiyi yeri vurub”.

“Assosiayted Press” agentliyinə danışan İraq ordusunun rəsmiləri komandirlərin PKK üzvləri ilə görüşdüyünü təsdiqləyib. Onlar hadisə zamanı 5 nəfərin öldüyünü bildirib.

Məlumata görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın İraqa səfəri də ləğv edilib.

Qeyd edək ki, ötən gün bu zərbələr nəticəsində PKK lideri Cəmil Bayıkın məhv edildiyi iddiası da irəli sürülüb.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın