Beyrutdan Azərbaycan ərazisi Qarabağa qanunsuz erməni köçü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutdan Azərbaycanın işğal edilmiş ərazisi Qarabağa qanunsuz erməni köçünə Ermənistan yardım edir.

Hayastan Ümumerməni Fondunun icraçı direktoru Aykak Arşamyan deyib ki, Qarabağda yerləşmək istəyən Livan ermənilərinə yardım edəcəyik.

 “Əgər Livanda yaşayan həmvətənlərimizdən kimsə Qarabağda məskunlaşmaq istəsə, mən şəxsən bu məsələni həll edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, Hayastan Ümumerməni Fondu 1992-ci ildə Ermənistan prezidentinin əmri ilə yaradılıb. Bu fond Ermənistan və Qarabağın inkişafına yatırım etmək istəyən erməniləri birləşdirən yeganə təşkilatdır. Fond hər il telemarafon keçirir ki, burada toplanılan vəsaitin də Qarabağdakı separatçılara, eləcə də burada məskunlaşdırma işlərinə xərcləndiyi iddia edilir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın