Bazar , Noyabr 15 2026
azfa

Türk ordusu Qəndildə bazalar qurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu İraqın şimalında yerləşən Qəndil dağını 4 tərəfdən əhatəyə alıb.

Bu barədə “Sabah” məlumat yayıb.

Məlumata görə, “Pəncə” və “Pəncə-Qaplan” əməliyyatları çərçivəsində bölgə PKK terrorçularından təmizlənib.

Əməliyyatlardan sonra Qəndilə gedən bütün yollarda və bölgədəki yüksəkliklərdə təhlükəsizlik qüllələri və hərbi bazalar inşa edilib.

Bildirilir ki, 90-cı illərdə aparılan əməliyyatlar zamanı Türkiyə ordusu bölgədə müvəqqəti qalırdı. Təxminən 35-40 gündən sonra ordu bölgədən Türkiyəyə qayıdırdı. PKK da bundan istifadə edərək yenidən ərazidə möhkəmlənirdi. “Pəncə” əməliyyatları ilə terrorçulardan təmizlənən bölgələrdə hərbi bazalar yaradıldı. Türkiyə ilə İraq Kürd Muxtariyyəti arasında əldə olunan razılığıa əsasən bazalarda Peşmərgə xüsusi qüvvələri də yer alıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın