Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Xocalı soyqırımından bəhs edən ‘”Sonsuz Dəhliz” filmi “Amazon Prime”da yerləşdirilib – Video

Xocalı soyqırımından bəhs edən ‘”Sonsuz Dəhliz” filmi “Amazon Prime”da yerləşdirilib – Video

GADTB-nin Mətbuat Mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, “Amazon Prime” Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı “Sonsuz Dəhliz” sənədli filmini tamaşaçılarına təqdim edib.

APA-nın məlumatına görə, sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir. Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri 5 il davam edib. “Sonsuz dəhliz” filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında “Ən Yaxşı Sənədli film”, rejisdor Aleksandras Brokas isə “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında “Ən yaxşı Uğur” mükafatını alıb.

Oskar mükafatlı aktyor Ceremi İronsun rol aldığı filmi “Emmy” mükafatı laureatı Gerald Rafşun istehsal edib.

Filmin prodüseri və rejissoru Aleksandras Brokas, son gərginləşmə və münaqişənin başlaması ilə əlaqədar olaraq filmin bugünkü aktuallığını şərh edib: “Bu müharibə həm döyüş meydanında, həm də informasiya sahəsində aparılır. Saxta xəbərlər medianı bürüdüyü üçün beynəlxalq, təcrübəli və müstəqil jurnalistlərin həm təcavüzkarların, həm də qurbanların perspektivlərini göstərdikləri bizim kimi geniş miqyaslı araşdırma sənədli film hazırlanması aktual hadisələrə dəqiq baxış üçün vacibdir”.

“Sonsuz Dəhliz” filmi 2015-ci ildə beynəlxalq debüt edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” məlumatlandırma kampaniyası ilə birlikdə təbliğ edilib. Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyəti bu məlumatlandırma  kampaniyasını geniş dəstəkləyib.

Qeyd edək ki, “Amazon” yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.

Filmin linkləri:

US:  https://www.amazon.com/Endless-Corridor-Aleksandras-Brokas/dp/B01H0X6ZVC

UK: https://www.amazon.co.uk/dp/B08MCSTSSM

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın