Türkiyə Qarabağla bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Rusiya hərbi-diplomatik heyəti arasındakı Dağlıq Qarabağla bugünkü müzakirələr tamamlanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, görüşlər qarşıdakı günlərdə davam edəcək.

 “Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub”.

Qeyd edilib ki, noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb: Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, – nazirliyin bəyanatında qeyd olunub.

Türkiyə və Rusiyanın yüksək vəzifəli şəxslərdən ibarət hərbi heyətləri Qarabağ müzakirələrini bu gün də davam etdirəcək.

Ötən gün 20 nəfərlik rus hərbi heyəti Türkiyəyə səfər edib və ilk olaraq Xarici İşlər Nazirliyində görüşlərə qatılıb.

Müzakirələr Dağlıq Qarabağ bölgəsində atəşkəsdən sonra görüləcək işlər ətrafında aparılır.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın