Bazar , Noyabr 15 2026
azfa

Rusiya Qarabağla bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərə yartdım məqsədilə sülhməramlı adı ilə gələn Rusiya qvvələri Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib.

Rusiyanın Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda Laçın dəhlizində yeddi müvəqqəti müşahidə postu qurulub:

“Dünən 15-ci əlahiddə motoatıcı briqadanın bölmələri tərəfindən “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması tamamlanıb”.

Nazirlikdən bildirilib ki, hazırda Rusiya sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonasının hər birində doqquz müşahidə məntəqəsində Qarabağda atəşkəsin gözlənilməsinə nəzarət edirlər.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın