Cümə axşamı , May 2 2024
azfa

İrəvanda Paşinyanın istefası tələbilə mitinq keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanın Azadlıq meydanında 17 müxalifət partiyasının iştirakı ilə mitinq keçirilir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin formalaşdırılmasını tələb edirlər.

İrəvanda mitinq iştirakçıları Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin binasına doğru yürüş edir.

«Qanunun aliliyini, represiyalara soyulmasını tələb etmək üçün Baş Prokurorluğa tərəf yollanırıq. Baş Prokurorluq tezlikdə hakimiyyətdən gedəcək Nikol Paşinyana yox, respublikaya, vətəndaşlara və konstitusiyaya xidmət etməlidir», – iştirakçılar bildiriblər.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …

Bir cavab yazın