Korona təhlükəsilə qarşılaşan azərbaybaycanlı siyasi məhbuslara azadlıq tələbilə divarlara şuarlar yazıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar korona təhlükəsilə qarşılaşan azərbaybaycanlı siyasi məhbuslara azadlıq tələbilə divarlara şuarlar yazdılar.

Fəallar şəhərin duvarlarına yazdıqları şuarlarla rejimin Ərdəbildə yerləşən zindanında koronovirusun geniş yayıldığı şərayitdə həbsdə olan fəalların sərbəst buraxılmasını tələb ediblər.

Divara o cümlədən aşağıdakı şuarlar yazılıb:

“Biz Abbas Lisani üçün, Abbas Lisani xalq üçün”

“Azərbaycanlı siyasi məhkumlara ədalət”

“Mən siyasi məhbusun müdafiəçisiyəm”

“Zindanı bağlayın”

“Zindan artıq təhlükəsiz yer deyil” və s.

Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən zindanının müxtəlif bölmələrində korona virus yaılıb. Zindanın 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari və Abbas Lisaninin də korona virusa yoluxdurulduğu bildirilir. Həmçinin zindanın digər bölməsində saxlanılan azərbaycanlı siyasi məhbuslar Vasiqi qardaşları da təhlükə ilə qarşı-qarşıya qalıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın