Bazar , Sentyabr 27 2026
azfa

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” imzalanacaq.

Bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, memoranduma Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nəzarətində Türkiyənin rabitə naziri, Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev imza atacaq.

İki ölkənin mövcud dostluq münasibətlərini gücləndirmək və media sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Ortaq Media Platforması yaradılacaq.

Platforma çərçivəsində sağlam mətbuat münasibətlərinin formalaşması üçün media sahəsində bilgi, təcrübə, mənbələr paylaşılacaq, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ortaq işlər həyata keçirəcək.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın