İrqçi fars rejiminin qurutduğu Urmiya gölünü Yaponiya bərpa etmək niyyətindədir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiya gölü Yaponiya dövlətinin maliyyə dəstəyi ilə bərpa edilə bilər. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Məluamata görə, yanvar ayının 31-də Urmiya gölünün bərpası layihəsi müzakirə olunub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Urmiya gölünün qurtarılması məsələsi ictimai-ekoloji amillərlə davamlı əkinçilik və torpaqdan istifadə məsələləri üzrə beynəlxalq mütəxəssislərdən ibarət qrupun müzakirə mövzusu olub.

FAO rəsmisi Əziz Əlbəhri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzərinə götürdüyü vəzifəyə toxunaraq qeyd edib ki, Urmiya gölünün bərpasə üçün birgə fəaliyyət planının hazırlanması vacib məsələdir. Onun sözlərinə görə, suyun istifadəsi və əldə olunması, torpaqdan istifadə məsələsi, əkilən məhsulların düzgün seçilməsi, qida məhsullarının istehsalı və bazarı və s. kimi məsələlər bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır.

Qeyd edək ki, irqçi fars rejimi Urmiya gölünü qəsdən qurudub və Azərbaycan türk millətinin haqlı etirazına baxmayaraq gölün bərpasına söz versə də, öz sözünü tutmur. Ekoloji fəlakəti nəzərə alan Yaponiya gölü qurtarmağa cəhd göstərir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın