Cümə axşamı , Noyabr 26 2026
azfa

Terrorçi kürd təşkilatlarından Türkiyəyə qarşı dəhşətli terror aktı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, PYD-YPG terrorçuları Afrində yerləşən mövqelərindən Kilis və Hatayın Reyhanlı mahalına 6 raket zərbəsi endirib.

“Hürriyət” terrorçuların Türkiyədə yaşayış məskənləri istiqamətində eyni zamanda 6 raket buraxdığını yazıb.

Məlumata görə, raket zərbələri nəticəsində 11 nəfər yaralanıb.

Digər tərəfdən isə PKK-nın Afrin əməliyyatları zamanı verdiyi itkilərin əvəzinə bölgədəki 900-dən çox uşağı qaçırıb.

Bu barədə saxlanılan terrorçulardan biri dindirilmə zamanı deyib. O bildirib ki, PKK qaçırdığı uşaqlara qısa müddətdə silah təlimləri keçərək onları cəbhə bölgəsinə göndərir.

PKK üzvü təşkilatın Afrindəki ailələrin yaşlılarını da qaçıraraq zorla hərbi əməliyyatlara cəlb etdiyini söyləyib.

Həmçinin yoxlayın

Ermənistan “TRIPP Development Company”nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib

GADTB: Ermənistan mətbuatının yaydığı məlumata görə, Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə “TRIPP Development …

Azərbaycanlı vəkil Tahir Nəvəinin İran prezidentinə məktub yazdığına görə görüş hüququ əlindən alınıb

GADTB: Azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəvəinin İran prezidenti Məsud Pezeşkiana məktub yazdığına görə …

Bir cavab yazın