Bazar ertəsi , May 20 2024
azfa

Rübabə Muradovanın vətən həsrəti necə təhrif olunub? “Qaragilə”də gilə boyda qara müəmma

GADTB: Rübabə Muradova. Azərbaycan SSRİ-nin xalq artisti ünvanına layiq görülən bu müğənninin Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəldiyini, yəqin ki, bilməmiş olmazsınız. Yəqin onu da bilirsiniz ki, “Qaragilə” mahnısını Quzey Azərbaycanda ən gözəl ifa edən də elə Rübabə xanım idi.

Bəs onun ifasındakı ürək yanğısının səbəbini necə, bilirsinizmi? Məncə, səbəb “Qaragilə” mahnısının öz sətirlərində vətən həsrəti daşımasıdır. Belə ki, bu xalq mahnısının bir çox yerlərində Güney-Quzey ağrısı açıq şəkildə hiss olunur. Hətta mahnıda keçən bəzi misralara söykənərək onun Güney Azərbaycan ərsəyə gəldiyini də söyləmək mümkündür.

Məsələn, mahnının birinci bəndinin nəqarətindəki “Dərdənd aralı” və son bənddəki “Təbrizin yolları dolanbadolan” sözləri sanki parçalanmış vətən yanğısını aləmə car çəkir. Zira 1812-ci ildə zorla ana vətəndən – Qacar dövlətindən qoparılan Dərbənd həm coğrafi, həm də siyasi olaraq Təbrizdən aralı düşmüşdü. Görünür, “Qaragilə” mahnısı da bu həsrət yanğısından törəyib və Ərdəbilli Rübabə xanım vasitəsilə Güneydən Quzeyə nəql olunub. Daha konkert desək, bəlkə də vətən nisgilli bu mahnını 1946-cı ildə zülm ilə basdırılan Tudə (Pişəvəri) inqilabından sonra valideynlərinin əlindən yapışaraq Quzey Azərbaycanına qaçan 13 yaşlı Rübabə gətirmişdi.

Onu da bilirsinizmi ki, sovet imperializmi Rübabə xanıma bu vətən nisgilini istədiyi kimi ifa etməsinə izn verməyib?

Açığı, bu iddiamın nə dərəcədə dəqiq olduğuna heç özüm də əmin deyiləm. Mən bu nəticəyə Rübabə xanımın oxuduğu “Qaragilə” mahnısını dinlədikdən sonra gəlmişəm. Çünki mahnının orjinalındakı “Təbrizin küçələri” sözləri Rübabə xanımın ifasında “şəhərin küçələri”nə çevrilib. Beləcə, Təbrizdən Dərbəndə qədər uzanan vətən həsrəti xırda redaktə ilə həm Rübabə xanıma, həm də Azərbaycan xalqına unutdurulmağa çalışılıb.

Sözsüz ki, əslən Ərdəbilli Rübabə xanım mahnının orjinalından xəbərsiz ola bilməzdi. Deməli mahnıdakı bu təhrifi ona zorla elədiriblər.

Ən acınacaqlı olan isə odur ki, indiki ifaçılar da “Dərbənd aralı” sözlərini ixtisara salırlar. Yəqin indilər də Qarabağdakı rus “sülhməramlı”laırndan çəkinirlər.

Heydər Oğuz

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …