Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərib.

Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi həbsini çəkdikdən sonra indi də 2 illik sürgün cəzasını çəkmək üçün Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə gedib. Azərbaycanlı fəal sosial media hesabında bununla bağlı məlumat paylaşıb.

Azərbaycanlı fəal mayın 18-də Məscid-Süleymanın özünü Baş və İnqilab Prokurorluğunun məhkəmə qərarlarının icra şöbəsinə təqdim edib.

Behnam Şeyxi həbs müddəti bitdikdən sonra sürgün dövrünü yaşasa da, məhkəmə orqanları onun qaydaları pozduğunu iddia edərək sürgün cəzasını 6 ay müddətinə artırıblar.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

O, 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində rejimin məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb. Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılmışdı.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …