Türkiyə sürücüsüz yeriyən avtobus istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk elektrik mühərrikli, sürücüsüz idarə olunan sərnişin avtobusunun təqdimatında iştirak edib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Tvitter hesabında bildirilib.

Prezident Administrasiyasının ərazisində keçirilən təqdimatda dövlət başçısına məlumat verilib ki, sürücünüz idarə olunan sərnişin avtobusu tam şəkildə Türkiyə mühəndisləri tərəfindən istehsal olunmuş müasir nəqliyyat vasitəsidir.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hökumətin bugünkü iclasına, türk mühəndisləri tərəfindən dünyada ilk kütləvi istehsalı gerçəkləşən “Atak elektrik” dördüncü nəsil sürücüsüz elektrik avtobusu ilə gedirik”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …