Cümə , Sentyabr 25 2026
azfa

Türkiyə terrorçulara qarşı yeni əməliyyata başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi Bitlis və Siirt şəhərlərində “Eren-6 Mergelo” əməliyyatının 1453 işçinin iştirakı ilə start götürdüyünü bildirib.

Nazirliyin yaydığı məlumata görə, bölücü terror təşkilatı PKK/KCK-nı ölkənin gündəmindən tamamilə kənarlaşdırmaq və bölgədə olduğu düşünülən terrorçuları zərərsizləşdirmək üçün 11 yanvarda başlayan “Eren” əməliyyatları davam edir.

Bu çərçivədə Bitlis və Siirt şəhərlərində “Eren-6 Mergelo” əməliyyatı başlayıb.

Əməliyyatda jandarma komandoları, jandarma xüsusi hərəkat (JÖH), polis xüsusi hərəkat (PÖH) və təhlükəsizlik işçilərindən ibarət 82 əməliyyat qrupu iştirak edir.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …