İran polisi jurnalist Səba Azərpeyki həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran polisi jurnalist Səba Azərpeyk həbs edib. Jiurnalistin ailəsi bazar günü onu İran Kiber Polisinin yaxaladığını bildirib.

Jurnalistin həyat yoldaşı Ətaullah Hafizi bildirib ki, İran Kiber Polisi Səba Azərpeyki çağıraraq Kiber Cinayətləri Məhkəməsinə yönəldib.

Jurnalistin vəsiqə qarşılığında zaminə buraxılmasına razılıq verilmədiyindən o həbs edilib. Ətaullah Hafizi həbsin qanunsuz olduğunu və xanımının polis məmurları tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib.

Jurnalistin bir müddət öncə öz teleqram kanalında Həmid Hacıanın dosyesi ilə bağlı məlumat paylaşdığı bildirilir. O, İran Məhkəmə sistemində gedən qarşıdurmalara diqqət çəkib. Vəkillik fəaliyyəti ilə məşğul olan Həmid Hacıan “Sərmayə” Bankında korrupsiya dosyesi müttəhimlərdən biri olub. O, keçən ilin mayında güllələnərək qətlə yetirilib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …