Bazar , Sentyabr 27 2026
azfa

Urmiyada tarixi məktəb satışa çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Qərbi Azərbaycandakı Yol və Şəhərsalma Baş İdarəsi Urmiyadakı tarixi Hidayət məktəbini satışa çıxarıb.

Məsələ ilə bağlı Qərbi Azərbaycanın Mədəni Miras Baş İdarəsinin rəisi Cəlil Cabbari açıqlama verib.

O bildirib ki, tarixi məktəbin hərraca çıxarılmaması üçün Mədəni Miras Baş İdarəsi ilgili qurumlarla danışıqlar aparır.

Məlumata görə, məktəbin satışa çıxarılması qəbulolunmazdır və Mədəni Miras Baş İdarəsinin qaydalarına ziddir.

Cəlil Cabbari deyib: “Urmiyanın Hidayət məktəbi milli abidələr siyahısınd qeydiyyatdadır. Özünəməxsus memarlıq quruluşu olan bu tarixi tikilinin satışı Nəfayes Komitəsi tərəfindən müzakirəyə çıxarılıb. Məktəbin hərraca çıxarılması üçün isə heç bir qanuni prosudura əməl olunmayıb”.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …