Türk ölkəsi Özbəkistanın Avropa Birliyinə ixracatda xüsusi uğuru

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan Avropa İttifaqı ilə “GSP+” güzəştli ticarət statusu alıb. Bu gündən qüvvəyə minən status ölkəyə Avropa İttifaqı dövlətlərinə vergisiz göndərilən malların siyahısını 6200-ə çatdırmaq imkanı verəcək.

Bu haqda Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddə keçirdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında Özbəkistan Baş nazirinin müavini, İnvestisiya və xarici ticarət naziri Sardor Umurzakov bildirib ki, əvvəllər “GSP” standart sistem çərçivəsində ölkə gömrük rüsumu ödəmədən 3 min, güzəştli qiymətlərlə 3200 adda məhsul göndərə bilirdi. Özbəkistanın benefisiar dövlətlər siyahısına daxil edilməsi Avropa İttifaqı ölkələrinə ixracatın həcmini artırmağa və Avropa bazarında milli məhsulların rəqabət qabiliyyətinin güclənməsinə şərait yaradacaq. Hazırda Özbəkistanın ixrac etdiyi toxuculuq məhsullarına, geyimə, meyvə-tərəvəzə güzəştlər tətbiq olunur.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …