Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Yunanistanın türk torpaqlarına ərazi iddiasına cavab

GADTB :Sanki bizdən alacağınız varmış kimi gəlib Ankarada söz atmağa qalxırsınız. Ortada alacaq-verəcək məsələsi varsa, bizim alacaqlarımız hələ də qalmaqdadır.

Bunu Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin rəhbəri Xalid Kanak Dendiasın Ankaradakı ittihamına cavabında bildirib.

“Dünənə qədər 100 faiz türk torpağı olaraq bizə aid olan 12 adada, Kritdə və Kiprdə etdiyiniz qəsblər qapanmadı (onları sizdən deyil, venesiyalılardan almışıq). Bu gün qalxıb ərazi sularından, hava məkanından, mavi vətəndən danışırsınız”, – X.Kanak vurğulayıb.

Qeyd edək ki, Ankarada keçirilən ikitərəfli görüşdən sonra mətbuat konfransında yunan nazirin “Türkiyə bizim suveren haqlarımızı pozarsa, sanksiyalar gündəmə gələcəkdir” fikri Çavuşoğlunun haqlı narazılığına və sərt reaksiyasına səbəb olmuşdu.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …