Türkiyə terrorçuların çox sayda movqelərin darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatı davam etdirir: iki gün ərzində 1132 hədəf quru qoşunları, 120 hədəf Hava Qüvvələri tərəfindən məhv edilib.

Axar.az xəbər verir ki, Ərdoğan əməliyyat əmrini aprelin 23-də – Baydenlə məlum telefon danışığından saatlar öncə vermişdi. Əsas hədəf İraq və Suriyadakı terrorçuların əlaqə nöqtəsi olan Sincarı təmizləməkdir. Bu bölgəyə daxil olmaq PKK-nın Suriya qanadı PYD/YPG ilə əlaqəsini kəsə və terrorçulara İraq və Suriyada ayrı-ayrılıqda zərbələr endirmək imkanı verə bilər.

Ankara qondarma “erməni soyqırımı” kartını istifadə edən Vaşinqtonun növbəti həmləsi olacaq PKK-nı aktivləşdirmək gedişini qabaqlayır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …