Cümə axşamı , Sentyabr 24 2026
azfa

Qırğızıstanda Tacikistanla savaşa görə matəm elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırğızıstanda 1-2 may tarixləri Tacikistanla sərhəddəki konflikt ucbatından ölənlərə görə milli matəm günləri elan edilib.

Bu barədə əmri Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb. Japarovun əmrinə əsasən, matəm günlərində ölkədə bütün əyləncəli proqramlar ləğv ediləcək və ölənlərin yaxınlarına yardım ediləcək.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında baş verən konflikt nəticəsində 20-dən çox insan dünyasını dəyişib, yüzlərlə insan xəsarət alıb.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …