Türkiyə Amerikada Türk Şəhid Diplomatlar Sərgisi keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə erməni terrorçularının qətl etdiyi Türkiyə diplomatların xatirəsinə həsr olunan Türk Şəhid Diplomatlar Sərgisi mayın 20-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə açılıb.

Açılışda etdiyi çıxışında Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti və sədri Fəxrəddin Altuna Los Anceles, Vaşinqton və Nyu-Yorkda təşkil etdikləri bu sərgilərə görə təşəkkür edən M.Çavuşoğlu deyib: “1973 – 1984-cü illər arasında ASALA və JCAĞ kimi erməni terror təşkilatları tərəfindən edilən hücumlar nəticəsində xarici ölkələrdə 31-i diplomat olmaqla ümumilikdə 58 Türkiyə vətəndaşı şəhid olub. Əziz şəhidlərimizi bir daha rəhmət və hörmətlə yada salırıq. Bütün şəhidlərimizə layiq olmağa çalışırıq.

Türk Şəhid Diplomatlar Sərgisinin əhəmiyyəti böyükdür, xüsusilə 1915 hadisələrinin populist siyasi məqsədlərlə təhrif edildiyi bir dövrdə. Amerika ictimaiyyəti gerçəklər haqqında məlumat almalıdır. Siyasətçilər reallığı görməlidir. “Beynəlxalq hüquq” və “insan haqları” sözləri ilə iş başında olanların fəaliyyəti dedikləri ilə ziddiyyət təşkil edir. Məsələn, 1982-ci ildə Los-Ancelesdə baş konsul Kamal Arıkanı şəhid edən Hampiq Sasunyan adlı erməni terrorçusu sərbəst buraxıldı. Bir tərəfdən insan haqları, hüququn üstünlüyü və terrorla mübarizə deyilir, digər tərəfdən cəzası dolmadan Sasunyan kimi terrorçu azad edilir”.

Türk Şəhid Diplomatlar Sərgisini ziyarət etdikdən sonra nazir Çavuşoğlu Nyu-Yorkda işləri yekunlaşmaqda olan yeni Türk Evində də olub.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …