Cümə axşamı , May 2 2024
azfa

Rusiya Türk Şurasına qoşulmaq istədiyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Rusiya türk ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir. Rusiya Türk Şurasına qoşulmağa hazırdır. Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”.

Politoloq Samir Hümbətov Sergey Lavrovun bu açıqlamasını təsadüfü hesab etməyib.

Onun fikrincə, Rusiyanın Türk Şurasına qoşulmaq istəyinin arxasında bu səbəblər durur:

1. Türk Şurası artıq regional təsir gücünə malik təşkilata çevrilir.

2. Türk Şurasına daxil olan dövlətlərin çoxu keçmiş SSRİ-nin dağılması nəticəsində müstəqilliklərini bərpa etmiş ölkələrdir və Rusiya bu ölkələri nəzarətindən kənar qoymaq istəmir.

3. Türk Şurasına daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edir.

4. Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşirlər və sözügedən təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itirilməsinə səbəb ola bilər.

5. Türk Şurasından sonra növbəti hədəf Turan ordusu və türk ölkələri arasında iqtisadi təşkilatın qurulması ola bilər ki, bu da KTMT-nin və Gömrük Birliyinin dağılması deməkdir. Həmçinin Rusiyanın arzusunda olduğu “Böyük Avrasiya” ideyası arzu olaraq qala bilər.

6. Rusiyada yaşayan türkdillilərin sayı 35 milyondan çoxdur. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində subyektlər kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların da şahidi olmuşuq. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də türk dövlətlərinin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətirmişdilər.

Belə qənaətə gəlmək olar ki, Rusiya bu məsələni mümkün qədər nəzarətdə saxlamaq istəyir.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …