Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı deputatlar dolayı yolla İranın Tikantədəki Azərbaycanın qızıl yataqlarını taladığına etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı deputatlar dolayı yolla İranın Güney Azərbaycanın Tikantədəki qızıl yataqlarını taladığına etiraf etdilər.  

Urmiyalı deputat Salman Zakir deyib ki, “ölkənin qızıl ehtiyatının 40 faizi Tikantəpədə olsa da əhali yoxsulluqdan əziyyət çəkir”.

O həmçinin deyib ki, ölkənin qızıl ehtiyatlarının 40 faizi Tikantəpədə olsa da, bölgə əhalisi bundan yararlana bilmir və yoxsulluqdan əziyyət çəkir. Bunun əsas səbəbi qeyd olunan ehtiyatların emalı sənayesinin bölgədə olmaması və mədənlərdən çıxarılan qızılın çoxunun xam mal kimi başqa əyalətlərə daşınmasıdır.

Salman Zakir İran rejiminin ayrıseçkilik siyasətinə etiraf edərək deyib: “Təəssüflə qeyd etməliyəm ki, bu mədənlərin potensialından istifadə edilmir. Yeni iş yerləri yaradılmır və  Tikantəpə gənclərinin çoxu işsizlikdən əziyyət çəkir”.

O deyib ki, Tikantəpə bölgəsinin iqtisadiyyatı mədənlərə əsasən planlaşdırılıb, ancaq əldə olunan qazanc başqa bölgələrə və başqa şəxslərin cibinə gedir və yerli əhaliyə heç bir fayda vermir.   

Zakir Tikantəpədəki qızıl mədənlərinin ətraf mühitin çirklənməsinə səbəb olduğunu vurğulayaraq, deyib ki, mədənlər bölgə əhalisinin evlərinə, əkin və otlaq sahələrinə ciddi ziyan vurur.

Deputat bildirib ki, qanunda mədən sənayesinin fəaliyyəti nəticəsində zərər çəkmiş əhaliyə kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Lakin bu günə kimi bu bölgədə heç kimə kompensasiya ödənilməyib.

Zakir deyib: “Qanuna görə qızıl mədənlərindən əldə edilən qazancın 15 faizi bölgənin inkişafına xərclənməlidir. Lakin bunlara əməl edilməyib”.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …