Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyə son 6 ildə məhv etdiyi terrorçuların sayını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci ildən bu yana 18 min 140 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

H.Akar bu ilin aprelin 23-dən isə Suriya və Şimali İraqda ümumilikdə 352 terrorçunun öldürüldüyü qeyd edib.

“24 iyul 2015-ci ildən bəri terrorçuların “icazə verilmir” dediyi hər yerə girildi. Buraların hamısı təmizləndi. Sözügedən tarixdən bəri 18 140 terrorçu zərərsizləşdirilib. Aprelin 23-də başlayan “Pençe Şimşek” və “Pençe Yıldırım” əməliyyatları planlaşdırıldığı kimi uğurla davam edir. Bu ilin əvvəlindən 1212 terrorçu məhv edilib. Mehmetçik terrorçuların yuvalarını başlarına yıxdı, yıxmağa da davam edir”, – H.Akar bildirib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …